Los Ancelesdə avtomobil izdihamın arasına çırpıldı: 3 ölü var

11.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın Los-Anceles şəhərinin Nort-Holivud rayonunda avtomobilin metro stansiyasının yaxınlığında küçə satıcıları və piyadaların olduğu izdihamın arasına girməsi nəticəsində 3 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Los-Anceles Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, SUV tipli avtomobil 6 piyadanı vurub. Qəza nəticəsində 3 nəfər hadisə yerində həyatını itirib, daha 3 nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Avtomobilin 60 yaşlarında olan sürücüsü də xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Polis sürücünün hadisə zamanı hər hansı maddənin təsiri altında olub-olmadığını müəyyənləşdirmək üçün müvafiq testlər keçirir.
Hadisə ilə bağlı araşdırma davam edir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью