Los Ancelesdə etiraz aksiyaları iğtişaşlara çevrilib

10.06.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 iyun, AZƏRTAC

Los-Ancelesdə hüquq-mühafizə orqanları tərəfindən saxlanılan qanunsuz mühacirlərə dəstək üçün təşkil olunan və bir neçə gündür davam edən etiraz aksiyalarının iştirakçıları mağazaları dağıtmağa və avtomobilləri yandırmağa başlayıblar.

AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları, həmçinin divarları, plakatları, yolları və abidələri boyalarla rəngləyir və digər vandalizm aktları həyata keçirirlər. Bundan öncə səs qumbaraları və rezin güllələrlə nümayişləri dağıtmağa çalışan polis hazırda baş verənlərə müdaxilə etmir.

Eyni zamanda, etirazçılar şəhərin küçələrində barrikadalar qurmağa başlayıblar. Onlar bunun üçün zibil qutularından və avtomobil şinlərindən istifadə edirlər. Aksiya iştirakçıları polis maşınlarına müxtəlif əşyalar da atırlar.

Bir müddət öncə, ABŞ Prezidenti Donald Tramp etiraz aksiyalarını dağıtmaq üçün Los-Ancelesə ordu hissələri yeritməyə çağırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью