Los Ancelesdə rus və erməni “dəstələri” 3,5 milyardlıq fırıldaqçılıq edib

28.01.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin səhiyyə naziri Mehmet Öz Los-Ancelesdə rus və erməni "dəstələrinin" səhiyyə sektorunda təxminən 3,5 milyard dollar dələduzluq etdiyini açıqlayıb.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən xəbərinə görə, o bildirib ki, şəhərdəki qocalar evlərinin çoxu xəstələrə qulluq göstərmədən fırıldaqçılıq fəaliyyəti aparır.

Kaliforniya qubernatoru Qevin Nyusom isə Oz-un açıqlamalarını "fırıldaqçılıqla mübarizə aparmış kimi davranmaq" iddiası ilə şərh edib.

Qubernatorluq saxtakarlığın mövcudluğunu inkar etməsə də, məsələnin artıq 2022-ci ildən lisenziyalaşdırma və nəzarət tədbirləri ilə izlənildiyini bildirib.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью