Los Ancelesdə silahlı hücum Ölənlər var

05.08.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

ABŞ-nin Kaliforniya ştatının Los Anceles şəhərində silahlı hücum baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Los Anceles Polis İdarəsinin rəsmisi, şəhərdə keçirilən bir məclisə yerli vaxtla saat 01:00 radələrində silahlı hücum təşkil edildiyini bildirib.

Rəsmilərin məlumatına görə, hücum nəticəsində Gregory Derisso adlı şəxs hadisə yerində, 52 yaşlı bir qadın isə aparıldığı xəstəxanada həyatını itirib.

Hadisədə 6 nəfərin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu qeyd olunub.

Hücum edən şəxsin kimliyi hələ müəyyən edilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью