Los Ancelesdə yanğın Milli Qvardiya bölgəyə yeridilib

10.01.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

ABŞ-ın Los-Anceles şəhərində davam edən yanğınlarla mübarizəyə Kaliforniya ştatındakı Milli Qvardiyanın hərbçiləri də cəlb olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Los-Ancelesin polis rəisi Robert Luna mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, hələ də yanğını tam nəzaərət almaq mümkün olmayıb: "Kaliforniya əyalətindən təxminən 400 nəfərlik Milli Qvardiyanın hərbçiləri də prosesə cəlb olunub. Onlar Los-Ancelesdəki yanğınlarla mübarizəyə dəstək verəcək".

Xatırladaq ki, yanğın qısa zamanda 3 min hektardan çox yaşayış massivini külə çevirib. İlkin məlumata görə, ümumilikdə 60 milyatd dollara yaxın zərər var.

Yanğında 10 nəfərin ölüm xəbəri də yayılıb.

Lamiyə Əhmədli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью