Los Ancelesdə yeni yanğınlar: Hər 2 3 saniyədə futbol meydançası ölçüsündə sahə məhv olur

23.01.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin Los-Anceles şəhərinin şimalını yeni yanğın dalğası bürüyüb.

Oxu.Az-ın CNN-ə istinadən verdiyi məlumatına görə, ərazidə məcburi təxliyə elan edilib.

Bildirilir ki, yanğın iki saat ərzində 2000 hektardan çox əraziyə yayılıb.

Qeyd olunur ki, yanğın hər 2-3 saniyədə futbol meydançası ölçüsündə sahəni məhv edir - ərazidəki sıx kolluq alovun sürətlə yayılması üçün yanacaq rolunu oynayır.

Xatırladaq ki, Los-Anceles dairəsində təbii fəlakət yanvarın 7-də başlayıb. Hazırda Kaliforniyada meşə yanğınları davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью