Los Ancelesə yeridilən qoşun sayı ABŞ nin Yaxın Şərqdəki hərbi kontingentindən çox olub

11.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Los-Ancelesə yeritdiyi qoşunun sayı onun İraq və Suriyadakı hərbi kontingentindən çox olub.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ABC şirkəti yayıb.

Bildirilir ki, hazırda Los-Ancelesdə ABŞ Milli Qvardiyasının və dəniz piyadalarının 4 800 hərbi qulluqçusu var, halbuki İraqda ABŞ hərbçilərinin sayı 2 500, Suriyada isə 1 500-dür.

Xatırladaq ki, Los-Ancelesdəki qanunsuz mühacirlərə qarşı polis basqınlarından sonra şəhərdə iğtişaşlar baş verib, bundan sonra şəhərdə komendant saatı tətbiq edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью