Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən yanğın fırtınanın təsiri ilə yenidən böyük ölçülərə çatıb.
Teleqraf.com xəbər verir ki, indiyədək 12 min ev və avtomobilin külə çevrildiyi bildirilərkən, 150 minə yaxın insanın hələ də evlərinə qayıtmasına icazə verilməyib.
Yanğının vurduğu zərərin 60 milyard dollar olduğu ehtimal edilir. Yanğınlarda azı 11 nəfərin öldüyü bildirilir.
Yanğınsöndürmə qurumlarından verilən yeni məlumata görə, Palisades bölgəsində baş verən yanğınlarda 5, Altadenada isə 6 nəfər həyatını itirib.
Fəlakət bölgəsində möcüzələr də baş verir. Malibu sahili külə dönərkən, 2000-ci ildə tikilmiş villa heç bir zərər görmədən yanğından salamat
Məşhur amerikalı professor və iş adamı Devid Ştaynerə məxsus olduğu güman edilən villanın dəyərinin 8 milyon dollar olduğu deyilir.
Ətrafı külə dönmüş villanın necə toxunulmaz qalması maraq doğurur.