LosAnceles tarixindəki ən dağıdıcı yanğınlar: 60 milyard dollar ZƏRƏR FOTO

09.01.2025

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

ABŞ-də meşə yanğınları səngimək bilmir.


"Sherg.az" Skynews-a istinadən xəbər verir ki, Los-Anceles tarixindəki ən dağıdıcı yanğınların qarşısının alınmasında bütün söndürmə vasitələrindən istifadə olunur.

Təbii fəlakət nəticəsində azı 5 nəfər ölüb, minlərlə bina dağılıb. Baydenin oğlu Hanterin evi yanaraq kül olub. Ümumilikdə zərər 60 milyard dollardan artıq qiymətləndirilir.

Yanğının söndürülməsi üçün suya tələbat o qədər böyükdür ki, yerli su çənləri müvəqqəti olaraq quruyub.

Baydenin bu gün İtaliyaya səfəri və Zelenski ilə görüşü nəzərdə tutulurdu, lakin fövqəladə vəziyyətə görə səfər ləğv edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью