LosAncelesdə azərbaycanlı müğənninin oğlu təxliyə edilir

10.01.2025

Icma.az bildirir, Publika.az portalına istinadən.

Müğənni Nura Surinin Los-Ancelesdə yaşayan oğlu Xosrov baş verən yanğına görə təxliyə edilir.

Publika.az xəbər verir ki, ifaçı bu haqda sosial media hesabında paylaşım edib: "Yanğın böyük oğlumun evinə çatır. Həyəcandan yatmamışam. Burada ürəyim partlayır. Təxliyyə olunmalıdırlar".
Nura Surinin üç oğlu var. Onlardan ikisi ABŞ-də yaşayır.

Qeyd edək ki, ABŞ-nin Los-Anceles şəhəri yaxınlığında meşə yanğınları davam edir. Yanğının baş verdiyi ərazidə təxliyə təxminən 180 min nəfərin yaşadığı rayonları əhatə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью