LosAncelesdə bir nəfər əlində alov maşını ilə saxlanıldı

11.01.2025

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində meşə yanğınları küləyin istiqamətini dəyişdiyi üçün şəhər mərkəzindən uzaqlaşsa da, 5 fərqli yerdə davam edir.

Turkustan.az xəbər verir ki, yanğınla əlaqəli olduğu iddia edilən evsiz adamı alov maşını ilə saxlayıblar.
Los-Ancelesdəki meşə yanğınları ilə bağlı nəzərəçarpan irəliləyişlər olub, belə ki, bir nəfər şübhəli qovalandıqdan sonra yerli sakinlər tərəfindən yaxalanaraq polis qruplarına təhvil verilib.

Los-Anceles Polis Departamenti dağıdıcı Kennet yanğınının baş verdiyi əraziyə “cinayət yeri” kimi baxıldığını təsdiqləyib. "Hazırda buna inanırıq. Bu yanğın cinayət işi kimi araşdırılır"-deyə, polis rəsmisi bildirib.

Qeyd edək ki, saxlanılan şəxs Woodland Hills-də velosiped sürərək Kennet yanğını başlayan kimi bir neçə köhnə Milad ağacını və zibil qutusunu yandırıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью