LosAncelesdə daha bir BƏLA Şəhəri yanğın tornadosu vurdu

11.01.2025

Icma.az bildirir, Publika.az portalına istinadən.

Yanğın Palisades bölgəsində yayılmağa davam edərkən Los-Ancelesi yanğın tornadosu vurub.

Publika.az xəbər verir ki, bu barədə "The Daily Mail" məlumat yayıb.

Bildirilib ki, yanvarın 10-da axşam Los-Ancelesdə başlayan altı böyük yanğın hələ də söndürülməyib. İnternetdə yanğın San Fernando Vadisi və Santa Monika dağlarına yaxınlaşdıqda yanğın tornadolarının meydana gəldiyini göstərən videolar yayılıb.

Nəşr qeyd edib ki, yanğın tornadosu yanğın və güclü küləyin fırlanan yanğın, kül və tüstü sütunu yaratması zamanı baş verən nadir hadisədir.

Hüseyn İbadlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью