LosAncelesdə meşə yanğınları nəticəsində ölənlərin sayı 16ya çatıb AZƏRTAC

13.01.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 12 yanvar, AZƏRTAC

Los-Anceles vilayətində davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 16-ya çatıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə vilayətin Məhkəmə-Tibbi Ekspertiza Ofisi məlumat yayıb. Bildirilib ki, 5 nəfər Paliseyds, 11 nəfər isə İton bölgəsindəki yanğınlarda həlak olub. Milli Hava Xidmətinin məlumatına görə, əlverişsiz hava şəraiti gələn həftə də davam edəcək və bu yanğınsöndürənlərin işini çətinləşdirəcək.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью