LosAncelesdə meşə yanğınları zamanı 13 nəfər itkin düşüb, 11 nəfər ölüb AZƏRTAC

11.01.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Vaşinqton, 11 yanvar, AZƏRTAC

ABŞ-ın Los-Anceles vilayətində baş vermiş meşə yanğınları zamanı 13 nəfər itkin düşüb.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri vilayət rəhbəri Robert Luna deyib. O, indiyədək 11 nəfərin ölüdüyünü bildirib.

Meşə yanğınları zamanı İton və Paliseyds bölgələrində 27 nəfər həbs olunub. Paliseydsdə yanğın təxminən 90, İtonda isə 57 kvadratkilometr ərazini əhatə edir. Kennetdə isə yanğını 80 faiz lokallaşdırılıb və 4 kvadratkilometr ərazi yanır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью