LosAncelesdə meşə yanğınlarının sahəsi 1344 hektara çatıb AZƏRTAC

08.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 yanvar, AZƏRTAC

ABŞ-ın Los-Anceles dairəsində genişmiqyaslı meşə yanğınlarının sahəsi 1344 hektara çatıb.

AZƏRTAC xəbər verir ki, Kaliforniyanın yanğınsöndürmə xidməti bir müddət öncə Los-Anceles dairəsinin qərbində, təxminən 27 min insanın yaşadığı bölgədə meşə yanğınının başladığını bildirib. Əvvəlcə yanğın ocağı kiçik olsa da, güclü külək səbəbindən alov sürətlə yayılmağa başlayıb.

Qurumun məlumatına görə, yanğınlar səbəbindən Los-Ancelesin azı 220 min sakini işıqsız qalıb. Eyni zamanda, təxminən 30 min insanın yaşadığı Paliseyds bölgəsində təxliyə işlərinə başlanılıb. NBC News telekanalı ABŞ-ın vitse-prezidenti Kamala Harrisin iqamətgahının da təxliyə zonasında olduğunu qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью