LosAncelesdə yanan ağac hər kəsi şoka saldı Video

13.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri ətrafındakı meşə yanğınlarından kənarda bir ağac ortasından yanıb.

Axar.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Videonu çəkən şəxs isə “Bu yanğın asanlıqla sönməz” deyərək, heyrətini gizlədə bilməyib.

Bildirilib ki, ortasından yanan ağacın yerləşdiyi məkan yanğınların baş verdiyi ərazidən 1.6 km uzaqlıqdadır.

Qeyd edək ki, Los-Ancelesdə artıq 6 gündür davam edən meşə yanğınları səbəbindən 24 nəfər həyatını itirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью