LosAncelesdə yanğın: 13 nəfər də itkin düşdü

12.01.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Los-Ancelesdə davam edən yanğınlar nəticəsində indiyə qədər 13 nəfər itkin düşüb.

Axar.az xəbər verir ki, bu barədə vilayətin şerifi Robert Luna məlumat yayıb.

İtkin düşənlərin hamısının yanğınlarla əlaqəli olub-olmamasının hələlik bəlli olmadığını deyən Luna 40 axtarış-xilasetmə qrupunun itkin düşmüş insanları səhər axtaracağını bildirib:

“Təhlükəsizliyə görə, hava qaraldıqdan sonra təsirlənmiş əraziləri axtara bilmirik, ona görə də bu, yalnız gün işığında mümkün olacaq”.

Qeyd edək ki, Los-Ancelesdə baş verən yanğınlarda ən azı 11 nəfər həlak olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью