LosAncelesdəki yanğından xilas edilən nəhəng tısbağa VİDEO

10.01.2025

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

TipToe adlı nəhəng tısbağa Los Ancelesdəki yanğınların cəngindən xilas edilib.

Publika.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

"80 kiloqramlıq TipToe evakuasiyada iştirak edənlər arasında idi - xilasedicilər onu tüstülü Palisadesdən (Los-Ancelesdəki ərazi) böyük konteynerdə çıxarıblar", - məlumatda deyilir.

Heyvanın sahibi Caitlin Dorn "TikTok"da 4,5 milyon izləyicisi üçün ailəsinin və heyvanlarının yanğından necə xilas olduğunu lentə alıb. Daha sonra o, evinin içindən odda yanmış yorğana bükülmüş tısbağanı əks etdirən video paylaşıb.

Dorn ailəsinin bir neçə üzvünün Palisades bölgəsində yaşadığını və yanğın səbəbindən evlərini itirdiyini söyləyib.

"Ən vacibi odur ki, hamımız, bildiyiniz kimi, sağ-salamat və bacardığımız qədər tez çıxdıq. Heç bir şey alınmadı, amma mən çox şanslı idim ki, Palisadesdən kənarda bir evim var, çünki valideynlərim evlərini itirdi, bibim və əmim evini itirdi, 15 dostun hamısı evinu itirdi", o əlavə edib.

Hüseyn İbadlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью