Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Almaniya millisinin keçmiş futbolçusu Lotar Matteus “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamalın 2026-cı il “Qızıl top”unu qazanmaq şanslarını dəyərləndirib.
“İdman.Biz” “Sky Sports”a istinadə xəbər verir ki, Matteus Yamalın böyük uğurlarına baxmayaraq, ötən mövsümün onun üçün ideal keçmədiyini bildirib.
“O, görkəmli oyunçudur, lakin böyük uğurlara baxmayaraq, bu, Lamin Yamalın ili deyildi. İspaniyanın dünya çempionatındakı çempionluq yolunda o, bir çoxlarından biri idi və əvvəlki səviyyəsinə, yəni bu mövsüm yenidən nümayiş etdirdiyi səviyyəyə çatmamışdı. Bu o demək deyil ki, onun səsvermədə şansı yoxdur.
Onun “Qızıl top” sahibi olmaq üçün lazım olan hər şeyi var. Hesab edirəm ki, titullar həlledici rol oynayır. Ona görə də onun şanslarını bu il nə “Real”la, nə də Fransa millisi ilə heç nə qazanmayan Mbappe ilə müqayisədə daha yüksək görürəm”, - deyə Matteus bildirib.