Lotereyada 10 milyon avro qazandı

24.11.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Eurojackpot lotereyasının növbəti tirajında bir iştirakçı 10 milyon avro məbləğində cekpot qazanıb.

Modern.az xəbər verir ki, bu barədə Qərbi Almaniya Lotereya təşkilatı məlumat yayıb.

İsveçdən olan iştirakçı Eurojackpot-un bütün rəqəmlərini düzgün təxmin edən yeganə şəxs olub. O, 15, 28, 29, 34 və 35 rəqəmləri, həmçinin 5 və 9 avro rəqəmlərini doğru seçib.

Beləliklə, lotereyanın əsas mükafatı Skandinaviya ölkəsinə – İsveçə gedib.

İkinci mükafat kateqoriyasında isə beş əsas rəqəmdən əlavə, bir avro rəqəmini düzgün təxmin edən üç iştirakçı qalib gəlib. Onlar Almaniyanın Hessen əyalətindən, Norveçdən və İsveçdən olan şəxslərdir.

“Bild” nəşrinin məlumatına görə, qaliblərin hər biri 579 803,80 avro pul mükafatı əldə edəcək.

Eurojackpot lotereyasının tirajları hər həftənin çərşənbə axşamı və cümə günləri Helsinkidə keçirilir. İştirakçılar 50 mümkün rəqəm arasından beş əsas rəqəmi, həmçinin 1-dən 12-dək olan rəqəmlər arasından iki əlavə – avro rəqəmini seçirlər. Məqsəd tiraj zamanı müəyyən edilən rəqəmlərin mümkün qədər çoxunu əvvəlcədən düzgün təxmin etməkdir.

Eurojackpot lotereyasında hər tiraj üzrə əsas mükafatın minimum məbləği 10 milyon avro təşkil edir. Cekpotun maksimum məbləği isə 120 milyon avrodur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью