Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-ın Arkanzas ştatında Milad tirajı zamanı “Powerball” lotereyasında rekord cekpot udan şəxs hələ də pulunu almağa gəlməyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, naməlum qalib lotereya biletini Kabot şəhərindəki bir yanacaqdoldurma məntəqəsindən alıb.
Uduşun məbləği 1,817 milyard dollar təşkil edib. Lotereyanın təşkilatçıları bildirirlər ki, qalib indiyədək onlarla əlaqə saxlamayıb, halbuk
“Arkansas Advocate” nəşri yazır ki, indi Kabot sakinləri bu sərvətin kimə qismət olduğunu təxmin etməyə çalışırlar.
Qeyd olunur ki, şəhərin əhalisi təxminən 30 min nəfərdir. Arkanzas lotereyada 500 min dollardan çox uduş qazanan qaliblərə anonim qalmağa ic
Qaliblərin adı üç il ərzində açıqlanmır. Uduş 30 il ərzində hissə-hissə ödənilir.
Qalib həmçinin məbləğin bir hissəsindən imtina edib birdəfəlik 835 milyon dollar almağı seçə bilər.