Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Almaniya vətəndaşı Mattias R. 2005-ci ildə “Haribo” şirkətinin lotereyasında Kanadanın Nova Skotiya bölgəsində ada və taxta ev qazanıb. Lakin ucqar əraziyə çatmağın çətinliyi və yüksək saxlanma xərcləri səbəbindən o, mülkünü 348 min Kanada dollarına, təxminən 220 min avroya satışa çıxarıb.
“Qafqazinfo” “Bild”ə istinadən xəbər verir ki, Bavariyanın Kal am Mayn şəhərində yaşayan Mattias R. bu qeyri-adi mükafatına özəl ada, taxta ev, ilk uçuş, kanoe və balıqçılıq avadanlıqları daxil olub.
Kampaniyada televiziya aparıcısı Tomas Qotşalk da iştirak edib.
Təxminən 6,5 hektar ərazini əhatə edən “Back Lake İslands”da iki yataq otağı və bir vanna otağı olan taxta ev, kiçik qayıqlar, körpü, əlavə kabin və generator var. Elektrik enerjisi günəş panelləri vasitəsilə təmin edilir, su isə göldən nasosla çəkilir. Tualet üçün kompost sistemi istifadə olunur.
Adanın əsas çətinliyi onun əlçatmazlığıdır. Sahilə yalnız qayıqla getmək mümkündür. Yaxınlıqdakı Şelbern şəhərindəki mağazalara və digər xidmətlərə çatmaq üçün də əlavə yol qət etmək lazımdır.
Mattias R.-nin ailəsi adanı uzun illər saxlayıb. Lakin əmlaka gedib-gəlmək üçün təxminən 10 saat vaxt tələb olunması, aviabilet və avtomobil icarəsi xərcləri, eləcə də, illik təxminən 2500 avro əmlak vergisi onun saxlanmasını çətinləşdirib.
Bir zamanlar şəkər lotereyasında qazanılan qeyri-adi mülk 21 il sonra yeni sahibini gözləyir. Adanı alan şəxs təbiətin qoynunda istirahət imkanları ilə yanaşı, ucqar ərazidə mülk saxlamağın məsuliyyətini də üzərinə götürməli olacaq.