Lotoreyada 1 milyon dollar udmuş şəxs həbs edildi

26.11.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-də lotoreya oyununda 1 milyon dollar udmuş şəxs İmmiqrasiya və Gömrük Polisi (ICE) tərəfindən həbs edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb xoşbəxt milyonçunun ABŞ-də qeyri-qanuni məskunlaşmasıdır.

Olay Massaçusets ştatında yaşanıb. Salvadordan olan miqrant 1 milyon dollar qazandıqdan sonra lotoreyanı təşkil edən şirkət onun adını və fotosunu sosial şəbəkə hesablarında yerləşdirib. Az sonra məlum olub ki, Ariel Antonio Velaskes-Morales adlı həmin şəxs 2013-cü ildə Texasda ABŞ ərazisinə qeyri-qanuni keçib və 2014-cü ildən ICE tərəfindən deportasiya olunması üçün axtarışdadır. Bundan 3 gün keçmiş, yəni, noyabrın 24-də isə İmmiqrasiya və Gömrük Polisinin Boston bölməsinin əməkdaşları onun yerini müəyyən ediblər. Bilet aldığı mağazada həbs zamanı qaçmağa cəhd göstərən milyonçuya bu, qismət olmayıb.

Qeyd edək ki, Massaçusets ştatının qanunlarına görə lotoreya oyunlarında iştirak etmək üçün ABŞ vətəndaşı olmaq vacib deyil. Bu mənada miqranta nə cəzanın verilməsindən asılı olmayaraq, pullar ona qalacaq.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью