Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır. Kriminal avtoritet Sərxan Əsədov Rusiyanın Sankt-Peterburq şəhərində yenidən saxlanıl
Globalinfo.az lent.az-a istinadən bildirir ki, azərbaycanlı əvvəllər də Rusiya həbsxanasına düşüb.
İndiyədək o, sərhədi qanunsuz keçməkdə ittiham olunub. O, “qanuni oğru” “Lotu Quli”nin Sankt-Peterburq üzrə “müavini” kimi tanınır.
Sərxan Əsədov Apraksin Dvor tacirlərindən əsas “xərac” yığan olmaq istəyib. Lakin polis onun iddialı planlarına müdaxilə edib.
O, həbs olunaraq, ölkədən qovulub. 2016-cı ildə Əsədov silah saxlamağa görə bir il həbsdə olub.
Azad edildikdən sonra Ədliyyə Nazirliyi cinayətkarı geri qayıtmaq hüququ olmadan deportasiya edib.
Amma bir ildən sonra yenidən silahla Sankt-Peterburqda küçələrində görünüb.
Sərxan Əsədov Azərbaycana deportasiya olunsa da, 2023-cü ilin sonunda yenidən Rusiyaya qanunsuz daxil olub.