Lotu Qulinin müavini olan azərbaycanlı avtoritet HƏBS OLUNDU

04.04.2025

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kriminal avtoritet Sərxan Əsədov Rusiyanın Sankt-Peterburq şəhərində yenidən saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, azərbaycanlı əvvəllər də Rusiya həbsxanasına düşüb. İndiyədək o, sərhədi qanunsuz keçməkdə ittiham olunub.

O, “qanuni oğru” Lotu Qulinin Sankt-Peterburq üzrə “müavini” kimi tanınır. Sərxan Əsədov Apraksin Dvor tacirlərindən əsas “xərac” yığan olmaq istəyib. Lakin polis onun iddialı planlarına müdaxilə edib. O, həbs olunaraq, ölkədən qovulub.

2016-cı ildə Əsədov silah saxlamağa görə bir il həbsdə olub. Azad edildikdən sonra Ədliyyə Nazirliyi cinayətkarı geri qayıtmaq hüququ olmadan deportasiya edib. Amma bir ildən sonra yenidən silahla Sankt-Peterburqda küçələrində görünüb. Sərxan ƏsədovAzərbaycana deportasioya olunsa da, 2023-cü ilin sonunda yenidən Rusiyaya qanunsuz daxil olub.

İndi o, yenidən cinayət işi ilə üzləşib və aprelin 21-dək həbsdə saxlanılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью