Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
.
Avstraliyanın Loi İnstitutunun hesabatına görə, Çin Asiyada ABŞ ilə təsir fərqini rekord səviyyədə azaldıb.
Hesabatda deyilir: "Bu il ABŞ Asiyanın ən güclü ölkəsi olaraq qalır, lakin Çinlə fərqi indeksin 2018-ci ildə tətbiq olunmasından bəri ən kiçik səviyyəyə enib."
İnstitut ABŞ-ın təsirini 78,9%, Çinin təsirini isə 73,6% olaraq qiymətləndirib. Qeyd olunur ki, ABŞ və İran arasındakı uzunmüddətli münaqişə Amerika raket ehtiyatlarını tükəndirib və hərbi resursları Sakit Okean bölgəsindən uzaqlaşdırıb. ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti, eləcə də regional hərbi təlimlərin və region ölkələri ilə müdafiə əməkdaşlığının azaldılması da diplomatik nüfuzun azalmasına səbəb olub.
Əziz MUSTAFA