LPL Financial, rəqibi Commonwealth Financial i 2,7 milyard dollara alır

31.03.2025

Icma.az, Banco.az saytına istinadən bildirir.

Müəllif - Fərid İslamov - Banco.az

ABŞ-ın maliyyə məsləhətçiləri üçün platforma operatoru olan LPL Financial Holdings, rəqibi Commonwealth Financial Network-u 2,7 milyard dollara satın alır. Bu barədə LPL məlumat yayıb.

Sövdələşmə şərtlərinə əsasən, LPL Commonwealth holdinq şirkətinin 100%-ni alacaq. Şirkət bu əməliyyatı mövcud resursları hesabına maliyyələşdirəcək, həmçinin borc öhdəlikləri və səhmlərin yerləşdirilməsi yolu ilə əlavə vəsait cəlb edəcək.

Tərəflər sövdələşməni 2025-ci ilin ikinci yarısında bağlamağı planlaşdırır.

Commonwealth Financial Network 1979-cu ildə yaradılıb və təxminən 2,9 min maliyyə məsləhətçisinə kompleks biznes həlləri və xidmətlər təqdim edir.

Sövdələşmə tamamlandıqdan sonra, Commonwealth-in baş icraçı direktoru Ueyn Blum LPL-in idarəetmə şurasına daxil olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью