Lu Mey: Çin də Azərbaycanın Bakı təşəbbüsü adlanan planına dəstək verir

10.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Bu ilin aprelində Çin sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev "Hərtərəfli birgə fəaliyyət planı"nı imzalayıblar. Bu planda Azərbaycanın qlobal sivilizasiya təşəbbüsünü dəstəklədiyi qeyd olunub".

Oxu.Az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey keçirdiyi brifinqdə deyib.

O bildirib ki, planda tərəflər bir-birinin qlobal sivilizasiyalararası dialoqa yönələn səylərini dəstəkləyirlər:

"Həmçinin, Çin də Azərbaycanın "Bakı təşəbbüsü" adlanan planına, o cümlədən bütün qlobal forum və platformalardakı təşəbbüslərinə hərtərəfli dəstək verir. Həmin təşəbbüslər ölkələr arasındakı qarşılıqlı münasibətlərdə maneələrin dəf edilməsinə, habelə münaqişələrdən imtinaya və birgə dostluq və əməkdaşlığa yönəlib".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью