Luçeskunun səhhətində ciddi problemlər var

23.01.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Luçeskunun səhhətində ciddi problemlər var

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku Buxarestdə təscili xəstəxanaya yerləşdirilib.

QOL.az xəbər verir ki, bu barədə Rumıniyanın "ProSport" nəşri məlumat yayıb.

80 yaşlı məşqçinin səhhətində ciddi problemlər olduğu bildirilib.  Yanvar ayının əvvəlində Luçeskunun ürəyində yaranan problemlər soyuqdəymə nəticəsində daha da kəskinləşib.

Baş məşqçi Rumıniya klublarının Antalyadakı təlim-məşq toplanışını buraxmalı olub. Milliyə namizədləri izləmək üçün Türkiyəyə yollanmağı planlaşdırsa da, hazırda xəstəxanada olan təcrübəli mütəxəssisin durumunun ağır olduğu bildirilib.

Qeyd edək ki, M.Luçesku indiyədək biri ürək olmaqla 3 dəfə əməliyyat edilib. 2024-cü ildən  Rumıniya millisi mart ayında DÇ-2026-nın final mərhələsinə vəsiqə verən pley-off matçında Türkiyə yığması ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью