Luçeskunun vəziyyəti ağırlaşdı SON DURUM

03.04.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rumıniya millisinin sabiq baş məşqçisi Mirça Luçeskunun vəziyyəti ağırlaşıb.

Fanat.Az GSP nəşrinə istinadən xəbər verir ki, kəskin miokard infarktı keçirən 80 yaşlı mütəxəssis yenidən  yenidən xəstəxanaya, intensiv terapiya şöbəsinə yerləşdirilib.

O, xəstəxanaya yerləşdirildikdən bir neçə saat sonra ikinci dəfə infarkt keçirib. Həkimlər tac arteriyaların tutulmasını yoxlamaq üçün angioqrafiya prosedurundan istifadə ediblər. 

Sözügedən məşqçi martın 29-da da təcili xəstəxanaya yerləşdirilmiş, aprelin 2-də isə Luçesku Rumıniya millisinin baş məşqçisi postundan ayrılmışdı.

Luçeskunun səhhətindəki problemlər 2025-ci ilin sonunda kəskinləşməyə başlayıb. 

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью