“Lufthansa” 40 təyyarə ilə bağlı iddiaları rədd etdi KONKRET

27.06.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Lufthansa” şirkəti “Der Spiegel” jurnalının yanacaq qıtlığı səbəbindən təyyarələrinin müvəqqəti olaraq istismardan çıxarıla biləcəyi ilə bağlı yaydığı məlumatı təkzib edib.

KONKRET.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, aviaşirkət sözügedən materialın, görünür, tədbirlərdən birində qeydə alınmış köhnə qeydlərə əsaslandığını bildirib.

Təxminən bir saat yarım sonra “Der Spiegel” həmin məqaləni rəsmi saytından silib.

“Daha əvvəl bu yerdə “Lufthansa”nın enerji böhranı səbəbindən 40-a qədər təyyarənin uçuşunu dayandırmağa hazırlaşdığı barədə material dərc olunmuşdu.

Sonradan məlum oldu ki, materialın əsaslandığı məlumatlar köhnəlib və bu səbəbdən həqiqəti əks etdirmir. Buna görə də həmin məqaləni tamamilə silmək qərarına gəldik”, – deyə “Der Spiegel”in saytında yerləşdirilən açıqlamada bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью