“Lufthansa” İsrailə uçuşların dayandırılması müddətini uzatdı

02.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

“Lufthansa” aviakonserni İsrailə uçuşların dayandırılması müddətini uzadıb.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının məlumatında bildirilib.

“Lufthansa Group” konserninə məxsus bütün aviaşirkətlər Təl-Əvivə uçuşların dayandırılma müddətini 2025-ci il yanvarın 31-dək uzadacaq", - məlumatda qeyd olunub.

Qrupa “Lufthansa”, “Eurowings”, “Swiss”, “Austrian Airlines” və “Brussels Airlines” aviaşirkətləri daxildir.

Daha əvvəl “Lufthansa”nın cari ilin sonunadək Tehran (İran) və Beyruta (Livan) uçuşlar həyata keçirməyəcəyi barədə məlumat verilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью