Lufthansa Teləvivə reysləri dayandırıb

02.12.2024

Icma.az, Anews portalına istinadən məlumat yayır.

Alman hava yolu şirkəti Lufthansa, İsrail ilə HƏMAS arasında Qəzzada davam edən müharibə səbəbindən, Təl-Əvivə və Təl-Əvivdən olan uçuşların dayandırılmasını yenidən uzatmaq qərarına gəlib.

Uçuşlar ən azı yanvarın 31-ə qədər dayandırılıb.

Bu qərar Lufthansa Qrupuna daxil olan bütün daşıyıcılara — Swiss, Austrian Airlines və Eurowings — şamil edilir.

"Dəyişikliklərdən təsirlənən sərnişinlər biletlərini daha gec tarixə pulsuz olaraq dəyişdirə bilər və ya alternativ olaraq, biletin tam dəyərini geri ala bilərlər",  şirkətin bəyanatında deyilir.

N.Təbrizli


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью