Lui van Qal Ayaks dan ayrıldı

13.07.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mançester Yunayted", "Bavariya", "Barselona" və Niderland millisinin sabiq baş məşqçisi Lui van Qal "Ayaks"ın Müşahidə Şurasından istefa verib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Van Qal 2023-cü ilin oktyabrından "Ayaks"ın müşahidə Şurasında təmsil olunur. Onun işi şuraya "texniki futbol məsələləri" üzrə məsləhət vermək də daxil idi.

Qeyd edək ki, Lui van Qal 1970-ci illərdə "Ayaks"ın oyunçusu olub. Daha sonra məşqçi kimi Amsterdam klubuna rəhbərlik edib. Van Qalın rəhbərliyi altında "Ayaks" 1990-cı illərdə üç Niderland çempionluğunu, eləcə də Çempionlar Liqasını (1995) və UEFA Kubokunu (1992) qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью