Luis Elian Yeni Klinikada şəfa tapıb

09.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Kubalı peşəkar voleybolçu Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində reabilitasiya keçərək uğurlu nəticə əldə edib.

Bu barədə XQ-yə müalicə müəssisəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. 

Xəbərdə qeyd edilir ki, kubalı voleybolçu Luis Elian Estrada iki il əvvəl məşq zamanı diz travması səbəbindən əməliyyat olunub. Bir çox ölkədə reabilitasiya keçsə də, hərəkət və oyun zamanı ağrıları davam edib, idman performansında çətinliklər yaşayıb.

Azərbaycanda fəaliyyətə başladıqdan sonra Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinə müraciət edən idmançı mütəxəssislərin nəzarəti altında reabilitasiya proqramına cəlb olunub.

Reabilitasiya proqramından sonra voleybolçunun fiziki vəziyyəti yaxşılaşıb və yarışlarda daha uğurlu nəticələr əldə edib.

Z.HÜSEYNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью