Luis Enrike Barselona nın müdafiəçisini PSJ yə aparmaq istəyir

19.09.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Barselona"nın əsas heyətində yerini itirən Alexandro Balde karyerasını Fransada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, PSJ ispaniyalı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Paris təmsilçisinin baş məşqçisi Luis Enrike Baldeni komandasında görmək istəyir. O, 22 yaşlı futbolçunu Nunu Mendeşin əvəzləyicisi kimi düşünür. Gənc oyunçu özü də Kataloniya klubundan ayrılmağa isti yanaşır.

Qeyd edək ki, Alexandro Balde "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü cari mövsümdə La Liqa nəhənginin heyətində 1 rəsmi matçda 12 dəqiqə meydanda olub.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью