Luis Enrike ilk məğlubiyyətin üzüntüsündən nə danışdı?

26.04.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa çempionatının 31-ci turunda "Nitsa"ya 1:3 hesabı ilə uduzan PSJ bu mövsüm ilk yenilginin acısını yaşayıb.

Fanat.Az xəbər verir ki, Paris nəhənginin baş məşqçisi Luis Enrike bu bsrədə klubun mətbuat xidmətinə belə danışıb:

"Mən çox məyusam. Amma bu, futboldur. Bu nəticəni qəbul etməli və rəqibimizi qələbə münasibətilə təbrik etməliyik. Bununla belə, nəticənin ədalətsiz olduğuna inanıram. PSJ qələbəyə layiq idi. İndi bütün fikirlərimizi Londondakı ÇL matçına yönəltmişik".

Qeyd edək ki, PSJ bu mövsüm vaxtından əvvəl çempionluğu təmin edib.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью