Luis Enrike: “Mendeş və Hakimi dünyanın ən yaxşı cinah müdafiəçiləridir”

02.10.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

PSJ-in baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 2-ci turunda “Barselona” üzərində 2:1 hesablı qələbədən sonra Nuno Mendeş və Əşrəf Hakimini xüsusi olaraq tərifləyib.

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis onların oyununu yüksək dəyərləndirib:

“Hamıya məlumdur ki, Vitinya və Pedri dünyanın ən yaxşı yarımmüdafiəçilərindəndir. Eyni sözləri Mendeş və Hakimi barədə də deyə bilərəm. Onlar planetin ən güclü müdafiəçilərindəndir və meydanda hər şeyi bacarırlar.”

Qeyd edək ki, PSJ oktyabrın 5-də “Lill”lə qarşılaşacaq. Komanda hazırda Liqa 1-in lideridir və “Lion”u top fərqinə görə qabaqlayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью