Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Liqa 1-in 14-cü turunda səfərdə "Monako"ya uduzan PSJ-nin baş məşqçisi Luis Enrike məğlubiyyətin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini Paris təmsilçisinin rəsmi saytı belə çatdırıb:
"Bizdə hər şeydən öncə dəqiqlik çatmadı. Çox sayda oyunçu səhvlərə yol verirsə, "Monako" kimi komandaya qarşı rəqib meydanında yaxşı futbol sərgiləmək çətin olur.
Daha artığına layiq deyildik. Bugünkü oyun hər iki tərəf üçün asan keçmədi. Amma məncə, "Monako" qələbəni bizdən daha çox haqq edirdi".
Xatırladaq ki, hazırda 30 xalı olan PSJ turnir cədvəlinin 1-ci, 23 xala malik "Monako" isə 6-cı pilləsində mövqe tutub.
Nihat