Luis Enrike PSJ dəki tarixi rekordundan danışdı: “Bəxtim gətirib”

31.10.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-in doqquzuncu turunda “Havr” üzərində qazanılan 5:1 hesablı qələbədən sonra klub tarixində müəyyənləşdirdiyi rekorda münasibət bildirib.

İdman.Biz xəbər verir ki, bu qələbə ispaniyalı mütəxəssisin Paris klubunun başında 127-ci uğuru olub. O, 126 qələbəsi olan əvvəlki rekordçu Loran Blanı geridə qoyub.

Enrike nailiyyətini təvazökarlıqla qiymətləndirərək komandanın uğurlarında futbolçuların rolunu önə çəkib:

“Bu, mənim bəxtimin gətirdiyini göstərir. Belə klubda, belə futbolçularla işləmək böyük şansdır. Bu, əsl zövqdür. Biz hər şeyə birgə səylərimizlə nail oluruq”.

Xatırladaq ki, Luis Enrike 2023-cü ilin yayından PSJ-yə rəhbərlik edir.

Paris təmsilçisi növbəti oyununu noyabrın 3-də Çempionlar Liqasının liqa mərhələsinin dördüncü turunda səfərdə “Vilyarreal”a qarşı keçirəcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью