Luis Enrike PSJ ilə müqaviləni uzadacaq?

28.01.2026

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

PSJ və Luis Enrike müqavilənin uzadılmasını müzakirə edirlər.

Sportal.az "Le Parisien"ə istinadən xəbər verir ki, tərəflər yeni müqavilə ilə bağlı dialoqa başlayıblar. Klub rəhbərliyi bunu prioritet məsələ hesab edir və ispan mütəxəssisi dünyanın ən yaxşı məşqçisi kimi dəyərləndirir. Onunla yolların ayrılması ehtimalı ümumiyyətlə nəzərdən keçirilmir.

Enrike işindən və rəhbərliklə münasibətlərindən razıdır. O, Parisdə və PSJ-də xoşbəxtdir.

Qeyd edək ki, hazırkı müqavilə 2027-ci ilə qədər qüvvədədir. Fransa çempionları anlaşmanı mümkün qədər uzun müddətə uzatmaq istəyirlər.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью