Luis Enrike PSJ tarixinin rekordunu yenilədi

31.10.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

PSJ-nin baş məşqçisi Luis Enrike klub tarixində ən çox qələbə qazanan məşqçi olub.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis bu nailiyyətə Liqa 1-in doqquzuncu turunda “Havr” üzərində qazanılan 5:1 hesablı böyükhesablı qələbədən sonra imza atıb. Həmin görüşdə Aşraf Hakimi het-trik edib.

Bu, Enrikenin Paris klubunun baş məşqçisi kimi 127-ci qələbəsi olub. O, bu göstəricidə əvvəlki rekordçu Loran Blanı geridə qoyub. Blanın rəhbərliyi altında PSJ 126 dəfə qalib gəlib.

55 yaşlı Enrike 2023-cü ildən Fransa klubunu çalışdırır. Bu müddətdə komanda iki Çempionlar Liqası və üç Liqa 1 çempionluğu da daxil olmaqla, ümumilikdə 13 titul qazanıb.

Loran Blan isə 2013-2016-cı illərdə PSJ-yə rəhbərlik edib. Parislilər onun çalışdırdığı üç mövsümdə 11 titul əldə ediblər. Həmin titulların hamısı ölkədaxili yarışlarda qazanılıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью