Luis Enrike PSJnin baş məşqçisi kimi antirekorda imza atdı

28.11.2024

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Luis Enrike UEFA Çempionlar Liqasında PSJ-nin ən çox məğlub olan baş məşqçisi kimi antirekorda imza atıb.

Manset.az xəbər verir ki, ispaniyalı mütəxəssisin uğursuzluğu qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinin V turunda "Bavariya"ya (Almaniya) məğlub olduğu matça təsadüf edib.

O, Paris təmsilçisinin çalışdırıcısı kimi Çempionlar Liqasında 17 oyunda 8-ci məğlubiyyətini alıb.

Qeyd edək ki, buna qədər antirekord PSJ-nin sabiq baş məşqçisi Loran Blana məxsus idi. O, 30 qarşılaşmada 7 dəfə məğlubiyyətlə üzləşmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью