Luis Enrike PSJnin baş məşqçisi kimi antirekorda imza atıb

27.11.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Luis Enrike UEFA Çempionlar Liqasında PSJ-nin ən çox məğlub olan baş məşqçisi kimi antirektorda imza atıb.

"Report" xəbər verir ki, ispaniyalı mütəxəssisin uğursuzluğu qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinin V turunda "Bavariya"ya (Almaniya) məğlubiyyətdən sonra yaşanıb.

O, Paris təmsilçisinin çalışdırıcısı kimi Çempionlar Liqasında 17 oyunda 8-ci məğlubiyyətini alıb.

Qeyd edək ki, buna qədər antirekord PSJ-nin sabiq baş məşqçisi Loran Blana məxsus idi. O, 30 qarşılaşmada 7 dəfə məğlubiyyətlə üzləşmişdi.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью