Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının pley-off mərhələsi ilə bağlı fikirlərini bölüşüb.
Milli.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında mümkün rəqiblər arasında "Qarabağ"la qarşılaşmağa üstünlük verdiyini deyib.
Təcrübəli çalışdırıcı pley-offa yüksəlməyin asan olmadığını vurğulayıb:
"Bu mərhələyə vəsiqə qazanmağın nə qədər çətin olduğunu yaxşı bilirik. Həm 'Monako', həm də 'Qarabağ'la oynamağa hazırıq. Ancaq istərdim ki, püşkatmada Fransa komandası düşməsin. Fransız klubları ilə tez-tez qarşılaşırıq və bundan bir qədər yorulmuşuq. Başqa ölkəyə səfər edib 'Qarabağ'la oynamaq daha maraqlı olardı. Çətin səfərlərə öyrəşmişik".
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vuran "Qarabağ" pley-offda "Nyukasl Yunayted" və ya PSJ ilə üz-üzə gələ bilər. Bu mərhələnin püşkü yanvarın 30-da atılacaq.
Hüseyn
Milli.Az