Luis Enrike Qızıl top a layiq bildiyi oyunçunun adını açıqlayıb

11.07.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

PSJ klubunun baş məşqçisi Luis Enrike Usman Dembeleni "Qızıl top"a daha çox layiq bildiyini qeyd edib.

Oxu.Az bu barədə "beIN Sports"a istinadən məlumat verib.

"Qızıl top"u qazanmaq üçün qol vurmalı və məhsuldar ötürmələr etməlisən, həm də komandana kuboklar gətirməlisən. Bütün bunları edən bir oyunçu varsa, o da Usman Dembeledir. Düşünürəm ki, o, sadaladığım məqamlara görə hamıdan irəlidədir", - deyə L.Enrike qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью