Luis Enrike “Qızıl top”a əsas namizədinin adını açıqladı

10.07.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

PSJ-nin baş məşqçisi Luis Enrike dünya çempionatının yarımfinalında "Real" üzərində 4:0 hesablı qələbədən sonra Usman Dembeleni "Qızıl top"a əsas namizəd hesab etdiyini bildirib. İspaniyalı mütəxəssis bununla bağlı "Marca"ya açıqlama verib:

"Düşünürəm ki, o, bu mövsüm ən yaxşı oyunçudur. O, hər şeyi qazanmağa layiqdir. Komanda üçün hər şey edir. Dembelen dünya çempionatında ilk dəfə start heyətində meydana çıxdı. O, bizim ən yaxşı oyunçumuzdur. Usman unikaldır, matçın gedişatını dəyişir, fərq yaradır. Onun oyununu izləmək hər kəs üçün xoşdur".

Qeyd edək ki, Dembele bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 52 oyun keçirib, 35 qol vurub və 16 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью