Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransanın PSJ futbol klubunun gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya topuğundan zədə alıb. Onun sağalacağı müddət isə daha sonra açıqlanacaq.
Oxu.Az-ın "Le Figaro" nəşrinə istinadən xəbərinə görə, bu barədə PSJ-nin baş məşqçisi Luis Enrike məlumat verib.
Xviça Kvaratsxeliya Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunda İngiltərənin "Nyukasl" komandasına qarşı 1:1 hesabı ilə başa çatan matçda zədə alıb və 22-ci dəqiqədə klub əməkdaşlarının müşayiəti ilə meydanı tərk edib.
"Bu, topuq zədəsidir. Vəziyyət mürəkkəbdir, amma ümid edirəm ki, yanılıram və bu gün bizim yaxşı xəbərimləriz olacaq", - deyə Enrike bildirib.
24 yaşlı Kvaratsxeliya 2025-ci ilin yanvarında İtaliyanın "Napoli" klubundan PSJ-yə keçib. Karyerası ərzində oyunçu Kazanın "Rubin" və Moskvanın "Lokomotiv" komandalarında oynayıb. Bu mövsüm onun hesabında 27 matçda yeddi qol və beş məhsuldar ötürmə var.