Luis Enrikenin maaşı artırıldı

06.09.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Luis Enrikenin maaşı artırıldı

PSJ baş məşqçisi Luis Enrike ilə yeni müqavilə imzalayıb. Sənədin şərtlərinə əsasən ispaniyalı mütəxəssisin maaşı əhəmiyyətli dərəcədə artıb.

QOL.az “L’Équipe”ə istinadən xəbər verir ki, 2030-cu ilə qədər nəzərdə tutulan yeni müqaviləyə görə, Luis Enrike vergilər çıxılmadan bir mövsümə 20 milyon avro qazanacaq.

Onun əvvəlki illik maaşı 12 milyon avro idi.

PSJ rəhbərliyi hesab edir ki, yeni maaş Luis Enrikenin hazırkı statusuna uyğundur. Klubun prezidenti Nasser Əl-Xelaifi isə ispaniyalı mütəxəssisi “dünyanın ən yaxşı məşqçisi” adlandırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью