Luiş Fiqu İnfantinoya rəqib ola bilər

17.11.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqu FIFA prezidenti postu uğrunda mübarizədə Canni İnfantinoya rəqib ola bilər.

İdman.Biz xəbər verir ki, UEFA rəhbərliyinin bir sıra nümayəndələri FIFA prezidenti seçkilərində İnfantinoya rəqib ola biləcək layiqli namizəd axtarışındadırlar.
Bu posta namizədlərdən biri kimi hazırda UEFA-da məsləhətçi vəzifəsində çalışan Luş Fiqu nəzərdən keçirilir.

Fransanın “Foot Mercato” portalının məlumatına görə, UEFA-nın bir sıra rəhbər şəxsləri sabiq futbolçunu namizədliyini irəli sürməyə çağırırlar. Bildirilir ki, Fiqu hazırda da bir çox futbol funksionerinin real dəstəyinə malikdir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью